"Ələt-Astara" dəmiryolu xətti 2027-ci ilədək tamamlanacaq - ADY rəsmisi
"Ələt-Astara" dəmiryolu xətti 2027-ci ilədək tamamlanacağına ümid edirik.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.
O qeyd edib ki, Orta Dəhlizin yarısı dəyişən cərəyanla çalışır. Yaxın iki ayda dəhlizin Hacıqabul-Ucar hissəsi dəyişən cərəyana keçəcək:
""Horadiz-Ağbənd" layihəsi üzrə 75 km yol çəkilib.
Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb. Podratçı şirkət seçilib. Yaxın zamanlarda tikinti işlərinə başlanılacaq. İki ilə layihənin tamamlanması planlaşdırılır".
Onun sözlərinə görə, hazırda "Ələt-Astara" dəmiryolunun yenidənqurulması işlərinə başlamışıq.
"Artıq Ələtdən Osmanlıya qədər olan hissədə cütxətli dəmiryolu yenilənməsi işləri davam etdirilir. Həmçini. Osmanlıdan Astaraya qədər olan hissədə də işlər aktiv şəkildə davam etdirilir. Ümid edirik ki, 2027-ci ilədək bu işləri tamamlayacağıq.
Həmçinin, bu layihənin davamı olaraq İran İslam Respublikası ilə birgə işlədiyimiz Astara Yük Terminalı layihəsidir. Terminalın gücü təxminən illik 3,5-4 milyon ton yükdaşıma gücünə malik olacaq. Cari ilin sonunadək bu layihə üzrə tikinti işlərinin tamamlanması gözlənilir", - ADY rəsmisi əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре