Yağışın miqdarı ilə bağlı

Dünən gecədən başlayaraq ölkə ərazisində qeydə alınan yağıntılı hava şəraiti 15 saatdır davam edir.

Day.Az xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu illik normanın 22 faizini təşkil edir.

"Bununla yanaşı,Böyük və Kiçik Qafqazda da düşən yağıntı aylıq normadan iki-üç dəfə çoxdur. İqlim dəyişimlərini nəzərə alsaq, bu cür gözlənilməz yağıntı hallarının olması normaldır. Tək Azərbaycanda deyil, digər xarici ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur. Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik",- deyə o qeyd edib.