Azərbaycan və Sloveniya arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq perspektivləri var

Azərbaycan və Sloveniya arasında mina təhlükələrinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri var.

Day.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Sloveniyanın xarici işlər naziri Tanya Fayonla keçirdiyi mətbuat konfransında deyib.

"İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin həmin ərazilərə geri qayıdışına, orada gedən prosesslərə ən böyük maneə mina təhlükəsidir.

Azərbaycanın mina qurbanları və mina təhlükəsiz barəsində fikir mübadiləsi apardıq. Eyni zamanda, minatəmizləmə sahəsində Azərbaycan və Sloveniya arasında əməkdaşlıq haqqında müzakirə aparıldı".