https://news.day.az/azerinews/1745691.html
Tramp FED rəhbərini istefaya çağırıb
ABŞ prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelli vəzifəsindən istefa verməyə çağırıb. Day.Az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Tramp FED rəhbərini istefaya çağırıb
ABŞ prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelli vəzifəsindən istefa verməyə çağırıb.
Day.Az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Məlumata görə, Tramp neftin, əksər məhsulların, hətta yumurtanın qiymətində azalmanın müşahidə olunduğu bir vaxtda, uçot dərəcəsinin aşağı salınmamasını pisləyib.
Onun sözlərinə görə, Pauell əsas faiz dərəcəsini "çoxdan" endirməli idi.
O, artıq yeddinci dəfə uçot dərəcəsini aşağı salan Avropa Mərkəzi Bankından nümunə götürməyi məsləhət bilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре