Şərurun yollarını bu şirkət təmir edəcək: 6,1 milyon manat alacaq

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur şəhərdaxili avtomobil yolları və Çomaxtur kənd avtomobil yolunun əsaslı təmiri işlərinə başlanılır.

Day.Az-ın əldə etdiyi məlumata görə, artıq bunula bağlı Şərur Rayon İcra Hakimiyyətində (RİH) müvafiq işlərə

Belə ki, RİH sözügedən işləri "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 6,1 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 1400 manat olan şirkətin qanuni təmsilçisi Muxtarov Cəfər Məhərrəm oğludur.