Moskvada ticarət mərkəzi boşaldıldı

Rusiyanın paytaxtı Moskvanın Smolenskaya meydanında yerləşən "Smolenskiy passaj" ticarət mərkəzində evakuasiya aparılır.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Yayılan videogörüntülərdə insanların küçədə ticarət mərkəzinin binasını tərk etməsi əks olunub. Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.