IMF Trampın rüsum siyasəti fonunda dünya iqtisadiyyatı üzrə artım proqnozunu azalda bilər
Beynəlxalq Valyuta Fondu (IMF) ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi ticarət rüsumları səbəbindən dünya iqtisadiyyatının artım proqnozunu aşağı sala bilər.
Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, Trampın qlobal miqyasda ticarət müharibəsi başlatması dünya iqtisadiyyatının üzərindəki qeyri-müəyyənliyi artırıb və bu vəziyyətin yaxın zamanda dəyişməsi real görünmür.
Məqalədə bildirilir ki, Vaşinqtonun rüsum siyasətinin yaratdığı ilk təsirlər artıq hiss olunmağa başlayıb. Bu səbəbdən IMF-in qarşıdakı çərşənbə axşamı dünya üzrə iqtisadi artım proqnozunu rəsmi olaraq aşağı salacağı gözlənilir.
IMF-in icraçı direktoru Kristalina Georgieva daha əvvəl "Reuters"ə verdiyi müsahibədə Amerikanın tətbiq etdiyi rüsumların dünya iqtisadiyyatında etimadı zəiflətdiyini və qeyri-müəyyənliyi artırdığını bildirmişdi. O, vurğulamışdı ki, bu qeyri-müəyyənlik nə qədər uzun sürərsə, iqtisadi artıma da o qədər mənfi təsir edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре