Rəqəmsal təhlükəsizlik: Antivirus proqramları necə işləyir?

Bu gün rəqəmsal təhlükəsizlik gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Kompüterlər, smartfonlar və planşetlər artıq bir çox fəaliyyətimizin mərkəzində yer alır. Bu da həm fərdi, həm də korporativ istifadəçilər üçün təhlükəsizlik risklərini artırır. Kiçik bir ehtiyatsızlıq şəxsi məlumatların kibercinayətkarların əlinə keçməsinə səbəb ola bilər.

Belə risklərə qarşı ən təsirli müdafiə vasitələrindən biri antivirus proqramlarıdır. Bəs bu proqramlar zərərli faylları necə tanıyır və təhlükəni necə aradan qaldırır?

Milli.Az bu sualın cavabını təqdim edir:

Əksər antivirus proqramları oxşar iş prinsipinə malikdir - onlar cihazda mövcud olan və ya yenicə daxil edilən faylları analiz edərək onların zərərli olub-olmadığını müəyyənləşdirir. Bu məqsədlə bir neçə fərqli texnologiya və yanaşmadan istifadə olunur. Ən müasir antivirus proqramları isə bu sahədə daha effektiv üsullara - davranış analizləri, bulud əsaslı skanlar və süni intellekt texnologiyalarına əsaslanır.

Bu texnologiyalar sayəsində zərərli proqram təminatları, viruslar, trojanlar və digər təhlükəli fayllar vaxtında aşkarlanaraq zərərsizləşdirilir.