Rəşad Dağlının ad gününü efirdə belə qeyd etdilər

Tanınmış meyxanaçı Rəşad Dağlının ad günü efirdə qeyd olunub. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, meyxanaçının övladları efirə gələrək digər qonaqlarla birlikdə həbsdə olan atalarının doğum gününü qeyd ediblər.

Onlar atalarının adından tort kəsiblər. 

Qeyd edək ki, Rəşad Dağlı tanışı İskəndər Mehtiyevi qətlə yetirdiyi üçün 9 ilə qədər azadlıqdan məhrum edilib.