Əfv Komissiyasının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Day.Az xəbər verir ki, Komissiyanın üzvü Əliməmməd Nuriyevin Trend-ə verdiyi məlumata görə, bu gün komissiyanın bu il üçün 6-cı iclası baş tutub.

Onun məlumatına görə, iclasda 100-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.