"Azərkosmos" qoyduğu sərmayələrdən 650 milyon manat gəlir götürüb

"Azərkosmos" qoyulmuş 700 milyon manat sərmayəndən artıq 650 milyon manat gəlir əldə edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"2013-cü ildən bəri "Azərkosmos"un 3 peyki orbitə çıxarılmışdır. "Azerspace-1" və "Azerspace-2" peykləri vasitəsilə hazırda biz 50-yə yaxın ölkədə fəaliyyət göstəririk. Qoyulmuş 700 milyon manat sərmayənin artıq 650 milyon manatı gəlir şəklində əldə edilmişdir", - o bildirib.