“NomadMania” səyyah klubu Ağdama səfər edib

Dünya şöhrətli "NomadMania" səyyah klubu Ağdama səfər edib.

Day.Az xəbər verir ki, səyyahlar Ağdamda Şəhidlər xiyabanında olublar.

Qeyd edək ki, heyət üç gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin "Black tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.