Cənubi Qafqaz bölgəsi ATƏT-in gündəliyində duran mühüm regionlardan biridir

Cənubi Qafqaz bölgəsi ATƏT-in gündəliyində duran mühüm regionlardan biridir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı.

ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi.

Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu.