Özbəkistanda “Konstitusiya və Suverenlik İli”nəhəsr edilmiş tədbir keçirilib - FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinintəşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş "Konstitusiya və Suverenlik İli"çərçivəsində Özbəkistan -Azərbaycan Dostluq Cəmiyyəti və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdə "Konstitusiya və Dövlətçiliktariximiz" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan sözügedən universitetin Tarix fakültəsinin dekanı professor Mansur Uktamjonov Azərbaycan və Özbəkistanındövlətçilik tarixindən danışaraq hər iki ölkənin sovetlər dönəmindən sonra demək olar ki, eyni vaxtda müstəqillik əldə etdiklərini vurğulayıb.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına AzərbaycanMədəniyyət Mərkəzinin direktoru Akif Marifli xalqımızın müstəqilliyə gedən çətin bir yol keçdiyini bildirərək sonrakı dövrlərdə bu müstəqilliyinqorunmasında eləcə də daha da möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd edib. Bu gün Azərbaycanın dünyanın ən suveren, sözsahibi olan dövlətlərindən birinə çevrilməsində ölkə başçısı cənab İlham Əliyevin misilsiz siyasi bacarıqlarından söz açan A.Marifli artıq Azərbaycanıntəkcə region üçün deyil bütün türk dünyası üçün önəmli bir rola malik olduğunu vurğulayıb. Akif Marifli Azərbaycanla Özbəkistan arasında tarixən mövcud olan dostluq vəəməkdaşlıq münasibətlərindən söhbət açıb, dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğunun bir örnək olduğunu bildirib.
Daha sonra çıxış edən Bakı Dövlət Universiteti professoru MayisƏliyev bu il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edildiyini və bununla bağlı Azərbaycanda, eləcə dəxarici ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini bildirərək sözügedən tədbirin də məhz elə "Konstitusiya və Suverenlik İl"inə həsr olunmasını bubaxımdan diqqətəlayiq olduğunu vurğulayıb. Azərbaycan Konstitusiyasından söz açan M.Əliyev hazırkı Əsas Qanunun sayca beşinci Konstitusiya olduğunu, busənəddə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları, maddi, mənəvi, tarixi irsin qorunmasının təsbit edildiyini bildirib. M. Əliyev Azərbaycanda və Özbəkistandada Konstitusiya Məhkəmələrinin olduğunu qeyd edərək bu qurumlarda məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.
"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru,professor Erkin Nuriddinov xalqlarımız arasında sıx qardaşlıq münasibətlərindən, dilimiz, dinimiz, adət-ənənələrimizin eyniliyindən söz açıb.E. Nuriddinov Qarabağ məsələsinin ədalətli həllindən 44 günlük Vətən müharibəsində Özbəkistanın Azərbaycanın yanında olduğunu, dövlətimizinmövqeyinin dəstəklədiyini və bütün bunların da dostluq və qardaşlığımıza bir nümunə olduğunu vurğulayıb. Daha sonra çıxış edənlər Nizami adına Daşkənd Dövlət PedaqojiUniversitetin Mənəviyyatın Əsasları və Hüquq Kəhsili kafedrasının müdiri professor X. Cumaniyazov, baş müəllim professor İ. Xalikov, Özbəkistan Tarixikafedrasının müdiri dosent A. Xəzrətqulov və başqaları ölkələrimizin dövlətçilik tarixindən, beynəlxalq arenadakı siyasi mövqeyindən və s.mövzulardan söz açıblar.
Tədbirin sonunda professor Mayis Əliyev müəllim və tələbələrin Azərbaycan Konstitusiyası ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре