https://news.day.az/azerinews/1748101.html
Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır. Day.Az xəbər verir ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb və hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.
Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır.
Day.Az xəbər verir ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb və hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.
Buna görə də, qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülərdən işlərə anlayışla yanaşmaları və alternativ küçələrdən istifadə etmələri xahiş olunur.
Təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре