Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.

Day.Az APA-ya istinadla xəbər verir ki, bununla bağlı  barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, məcəllədə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır:

"Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur".