Valideynlərə MÜHÜM XƏBƏR

Mayın 1-dən birinci siniflərə şagird qəbuluna başlanacaq.

Day.Az xəbər verir ki, yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul prosesi saat 11:00-dan aktivləşəcək.

Məktəb və müəllim seçimində Azərbaycan bölməsi üzrə qeydiyyat 6 may-12 sentyabrda, tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat 6-20 mayda, müsahibə 12-31 mayda, məktəb və müəllim seçimi 17 iyun-12 sentyabr tarixlərində olacaq.

Yaşadığı ünvanda qeydiyyatda olmayan vətəndaşlar da qanunamüvafiq qaydada tələb olunan sənədləri təqdim etməklə həmin ərazi üzrə məktəbə sorğu verə biləcəklər.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: