Bakıda “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda Bakıda "Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır" mövzusunda beynəlxalq konfrans keçirilir.
Day.Az xəbər verir ki, konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, maliyyə nazirinin birinci müavini Anar Kərimov, Türkiyə Cümhuriyyəti Balıkesir Universitetinin rektoru Yücel Oğurlu, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev iştirak edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli bildirib ki, 30 ildir ki, Azərbaycan Respublikası Konstitusiyası müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunmasında vacib hüquqi baza kimi çıxış edir:
"Təbii ki, ölkəmizin digər dövlətlərlə dostluq əlaqələrinin formalaşmasında da konstitusiyamız mühüm rol oynayır. Konstitusiyamızın preambulasında ərazi bütövlüyümüzün qorunması, suverenliyimiz qeyd olunub. 30 ilə yaxın Ermənistanın ərazilərimizi işğal etməsi səbəbindən ərazi bütövlüyümüzü təmin edə bilməmişdik. Nəhayət 44 günlük vətən müharibəsində və antiterror əməliyyatlarında ərazi bütövlüyümüzü bərpa edə bildik".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, konstitusiyamız digər ölkələr baxsaq, konservativ bir sənəddir.
"Digər tərəfdən dövlətlər inkişaf edir, konstitusiyalar da dəyişir. Hərdən bir yeni konstitusiyalar qəbul edilir, dəyişikliklər baş verir. Bizdə konstitusiya sənədinə 2 dəfə əsaslı reformlar olunub. Bu bizə imkan verir ki xaricdən gələn çağırışlara müvafiq cavab verək. Bu çağırışlar indi də davam edir.
Ən əsas problemimizi - Qarabağ məsələsini həll etdik. Prezidentimizin apardığı xarici siyasət, ordu quruculuğu sayəsində biz buna nail ola bildik.
Bizim birinci Qarabağ müharibəsində işğala məruz qalmağımız əsas səbəb 3-cü dövlətin Ermənistana yardımı olub. Bu məsələ ilə bağlı müvafiq işlər aparıldı və bu faktor aradan götürüldü. İkincisi isə daxili sabitlik idi. 1992 və 1994 cü illər arasında 3 dəfə hakimiyyət dəyişdi. Belə bir şəraitdə biz bu torpaqları itirdik. 1995 ci ildə konstitusiyamızın qəbulu, Azərbaycanda davamlı olaraq hakimiyyətin möhkəmlənməsi vacib faktordur. İndi də biz bunu davam etdirməliyik.
Hazırda Azərbaycan ətrafında bəzi hadisələr baş verir. Birincisi, Rusiya- Ukrayna, Yaxın Şərqdəki hadisələr, digəri isə yeni ABŞ administrasiyasının hakimiyyətə gəlməsi, qlobal çağırışlardır. Bu üç çağırışlar bu və ya digər formada Azərbaycana təsir göstərəcək. Buna cavab olaraq ancaq Azərbaycanın daxili sabitliyinin möhkəmlənməsi, iqtisadi potensialın artırılması və bu və digər formada konstitusiya və qanunvericilik aktlar vacib rol oynayır", - o qeyd edib.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре