Əməkdar artist efirdə müğənniyə əsəbiləşdi

Əməkdar artist Sevinc Sarıyeva qonaq olduğu verilişdə sözləri ilə diqqət çəkib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, xanəndə canlı efirdə əsəbiləşib.

Verilişin digər müğənni qonağı olan Mehriban Qənbərova ilə canlı ifalar səsləndirən sənətçi ona iradını bildirib:

"Onun səsi pisdir ki? Hər kəsdən üzr istəyirəm, niyə gedib gic-gic mahnılar oxuyursan? Muğamla məşğul olmursan, xalq musiqisi və bəstəkar əsərləri oxumursan".

İzləyicilərin marağına səbəb olan həmin anları təqdim edirik: