https://news.day.az/azerinews/1749451.html
“Barselona”da ciddi itki
"Barselona"nın futbolçusu Jül Kunde sıradan çıxıb. Day.Az Milli.Az-a istinadən bildirir ki, 26 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinalının ilk oyunlarında "İnter"lə matçda zədələnib. O, görüşün 42 dəqiqəsində meydanı tərk edib.
“Barselona”da ciddi itki

"Barselona"nın futbolçusu Jül Kunde sıradan çıxıb.
Day.Az Milli.Az-a istinadən bildirir ki, 26 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinalının ilk oyunlarında "İnter"lə matçda zədələnib. O, görüşün 42 dəqiqəsində meydanı tərk edib.
Bu gün səhər tibbi müayinədən keçən fransalı oyunçuya sol ayaq budunun arxa əzələləri zədəsi diaqnozu qoyulub. Kundenin 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı güman edilir.
Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində 53 oyuna çıxaraq 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре