Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən Avropa Kubokunun ilk günündə uğurla çıxış ediblər.

Day.Az bildirir ki, Day.Az-in məlumatına görə, təmsilçilərimiz 3 qızıl, 3 gümüş və 6 bürünc medala sahib çıxıblar.

Anar Quliyev (50 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram), Nuranə Hacızadə (48 kiloqram) qızıl, Rəsul Əlizadə (55 kiloqram), Fəxri Sahibzadə (66 kiloqram), Leyla Ələkbərova (48 kiloqram) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kiloqram), Royal Qayıbov (60 kiloqram), Hüseyn Hüseynov (66 kiloqram), Xədicə Abdullayeva (44 kiloqram) və Aysun Məmmədova (52 kiloqram) bürünc medal əldə ediblər.

Qeyd edək ki, Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.