https://news.day.az/azerinews/1750001.html
"Shell" şirkəti BP-ni ala bilər - KİV
Böyük Britaniyanın neft və qaz nəhəngi olan "Shell" şirkəti "BP" neft və qaz şirkətini almağı düşünür. Day.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib. Məlumata əsasən, yekun qərar hələ verilməyib. Bu, BP-nin səhmlərinin ucuzlaşmasının davam edib-etməməsindən asılı olacaq.
"Shell" şirkəti BP-ni ala bilər - KİV

Böyük Britaniyanın neft və qaz nəhəngi olan "Shell" şirkəti "BP" neft və qaz şirkətini almağı düşünür.
Day.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, yekun qərar hələ verilməyib. Bu, BP-nin səhmlərinin ucuzlaşmasının davam edib-etməməsindən asılı olacaq.
Qeyd edilib ki, son bir il ərzində səhmlər öz dəyərinin üçdə birini itiriblər. BP-nin bazar dəyəri hazırda 56 milyard funt-sterlinq (təxminən 74 milyard dollar), Shell-inki isə 149 milyard funt-sterlinq (təxminən 197 milyard dollar) təşkil edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре