Sabahın hava

Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-а verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, 04-dən 05-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə arabir duman, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +12 dərəcədən +14 dərəcəyədək, gündüz +18 dərəcədən +22 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.

 

Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +7 dərəcəyədək, gündüz +7 +12 dərəcəyədək olacaq.