Bakıda tuneli su basdı

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə Day.Az-a FHN-dən məlumat verilib.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.