Qəbul imtahanının ikinci mərhələsinin qeydiyyat tarixi

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün Abituriyentlər 26 may-8 iyun tarixlərində qeydiyyatdan keçə bilərlər.

Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sözügedən imtahanda iştirak etmək istəyən abituriyentlər DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.