https://news.day.az/azerinews/1750872.html
Pakistana qarşı hərbi hücumları pisləyirik - XİN
Azərbaycan Respublikası Pakistana qarşı hərbi hücumları pisləyir. Day.Az xəbər verir ki, bu barədə XİN-in Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanatında deyilir. "Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik.
Pakistana qarşı hərbi hücumları pisləyirik - XİN

Azərbaycan Respublikası Pakistana qarşı hərbi hücumları pisləyir.
Day.Az xəbər verir ki, bu barədə XİN-in Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanatında deyilir.
"Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.
Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - deyə bəyanatda bildirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре