Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlandı

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclası mayın 16-da keçiriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məlumat verib.

Qeyd edək ki, bu, komissiyanın sayca 7-ci iclası olacaq.

Xatırladaq ki, ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə altı iclası olub və 600-dən çox müraciətə baxılıb.