Heyvanlar üçün preparat istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib

Heyvanlar üçün preparat istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə bağlı yaranan xərclər ləğv edilib.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.