Bu marşrut üzrə qatarlar şənbə və bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək

Mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sosial şəbəkə hesabında paylaşım edilib.

 

"Belə ki, qatarlarımız saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Qəbələdə əsrarəngiz təbiətlə görüş üçün www.ady.az saytı, "ADY Mobile" tətbiqi və ya kassalardan bilet almağa tələsin", - məlumatda qeyd edilib.