Gəncədə 11-ci sinif şagirdini ölənə qədər döyən kimlərdir? - VİDEO

Ağır xəsarətlər alan məktəbli xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.
Day.Az xəbər verir ki, hadisə Gəncədə baş verib.
Gecə saatlarında küçədə döyülən 18 yaşlı Elgün İbrahimov peşə məktəbinin yaxınlığında halsız vəziyyətdə tapılıb. Sonra isə xəstəxanaya aparılıb.
Elgün İbrahimov aldığı ağır kəllə-beyin travmasından bu gün xəstəxanada vəfat edib. Yaxınlarının sözlərinə görə, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
TƏBİB-dən bildirilib ki, bu gecə saat 00:00 radələrində 18 yaşlı şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölümü qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır. Elgün İbrahimova ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре