"Ram 1500" və "Jeep Wrangler"ın yeni forması sosial şəbəkələrdə yayıldı

Florida ştatında "Dodge", "Chrysler" və "Jeep" markalarının dilerində çalışan Şon Edvards "Ram 1500" və "Jeep Wrangler" modellərini birləşdirərək unikal bir pikap yaradıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yeni avtomobilin şəkillərini sosial şəbəkədə paylaşan Edvards, avtomobil həvəskarlarını maraqlandırıb. Bəziləri bu avtomobili zarafatyana "Ramgler" adlandırıblar.

Layihə çərçivəsində "Wrangler" modelinin dəyirmi faraları və radiator barmaqlığı çıxarılıb, kapot arasındakı boşluq isə LED lentlə örtülüb. Həmçinin, yük platforması qısaldılıb və avtomobilə yeni güc bamperi əlavə olunub.