Naxçıvanın istilik sistemləri yenidən qurulacaq

Naxçıvan şəhəri ərazisində istilik mərkəzləri yenidən qurulacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi bununla bağlı müvafiq işlərə başlayır.

Belə ki, Naxçıvan şəhəri ərazisində istilik mərkəzlərinin modernizasiyası, yenidən qurulması və təmiri (müvafiq avadanlıqların, mal-materialların alınması, quraşdırılması daxil olmaqla) işləri aparılacaq və eyni zamanda ərazi daxili xətlər çəkiləcək.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda qurum görüləcək işlərin 1,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.