Ermənistanda prezident iqamətgahı yaxınlığında yük avtomobili partlayıb

Ermənistanın paytaxtı İrəvanda prezident iqamətgahının yerləşdiyi Silva Kapitukyan küçəsində, Dövlət Nəzarət Xidmətinin binası yaxınlığında (prezident iqamətgahının arxasında) ağır yol qəzası olub.

Day.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, qəza zamanı yük maşını aşaraq partlayıb.

İlkin məlumata görə, qəzada dörd nəqliyyat vasitəsi - bir betonqarışdıran maşın və 3 minik avtomobili toqquşub.

 

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım dəstələri göndərilib.

Zərərçəkənlərin sayı barədə məlumat verilmir.