Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilir - FOTO

Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar İclası keçirilir.
Day.Az Trend-a istinadən xəbər verir ki, Plenar İclas Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Qazaxıstan Beynəlxalq Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov, Rusiya Federasiyası Beynəlxalq Əməkdaşlıq üzrə Layihə Qrupunun Rəhbəri
(Rusiya Kiçik və Orta Biznes Korporasiyası ASC) Pavel Kondrashov, Tayland Krallığının Astanadakı Səfirliyinin müşaviri və Missiya rəisinin müavini Orathai Phubunlap Gunaseelan, CİCA Biznes Şurasının Çin üzrə ofisinin direktoru Şenq Guofey, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Fələstin Milli İqtisadiyyat Nazirinin Aparat rəisi Nahid Salameh İbrahim Qüdsü, Özbəkistan Respublikası İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında İnvestisiya Təşviqi Agentliyinin İcraçı direktoru Mansurjon Razulev iştirak edirlər.
Qeyd edək ki, AQEM-ə 28 ölkə üzvdür. Azərbaycanın sədrliyi dövründə AQEM yanında Biznes Şuraya KOBİA rəhbərlik edəcək.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре