Bakıda avtobusda insident - Naməlum şəxs sərnişinə hücum etd

Mayın 20-si metronun "Koroğlu" stansiyası yaxınlığında 172 nömrəli marşrut avtobusunda insident baş verib.

Day.Az xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov öz sosial media hesabında paylaşım edib.

Belə ki, 99-JU-896 dövlət nömrə nişanlı 172 nömrəli marşrut avtobusuna metronun "Koroğlu" stansiyası yaxınlığında, ötən gün saat 17:30-da bir kişi daxil olaraq sərnişinə hücum edib.

Digər sərnişinlərin müdaxiləsindən sonra sözügedən şəxs avtobusdan zorla endirilib.