Prezident İlham Əliyev: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk

Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.

"Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir", - deyə dövlətimizin başçısı əlavə edib.