Fransadan Korsikada əməliyyat - Saxlanılanlar Parisə aparılır - VİDEO

Mayın 20-də Fransanın Korsika adasında, Yuxarı Korsika (Haute-Corse) bölgəsində genişmiqyaslı "antiterror əməliyyatı" həyata keçirilib.
Day.Az APA-ya istinadən xəbər verir ki, əməliyyat Bastia, Pruno, Lucciana və Furiani şəhərlərində aparılıb.
Əməliyyatın rəsmi səbəbi - FLNC-yə qarşı mübarizə
Rəsmi olaraq repressiyalar 2023-cü ilin sonunda guya Korsika ərazisində FLNC (Korsika Milli Azadlıq Cəbhəsi) tərəfindən "törədilmiş" terror aktları ilə bağlıdır.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Korsikada törədilmiş partlayışlar Fransa Prezidenti Emmanuel Makronun Korsikaya geniş muxtariyyət təklifinə qarşı etirazlar fonunda baş vermişdi. O zaman FLNC və ona yaxın qruplar Makronun bu təklifi rədd edərək, etiraz aksiyalarına başlamışdı. Fransız tərəfinin iddiasına görə, FLNC 2023-cü ilin oktyabrında bir neçə partlayış "törədib", dekabrın 31-də isə Haute-Corse vilayətinin Borgo şəhərində dövlət idarəsinin (DDETSPP) inzibati binasının qapısına partlayıcı maddə yerləşdirib.
Fransa Milli Antiterror Prokurorluğunun bəyanatı
Fransa Milli Antiterror Prokurorluğu (PNAT) bəyan edib ki, antiterror əməliyyatı istintaq hakiminin qərarı ilə həyata keçirilib və saxlanılanlar "müvəqqəti həbsə alınıb". O da iddia edilir ki, saxlanılanlar Korsikanın müstəqilliyi və milli azadlığı uğrunda mübarizə aparan qruplarla əlaqəli şəxs kimi tanınan Şarl Piyeriyə yaxın çevrədən olub və məhz onun "təsiri altında" zorakılıqda iştirak edib.
Antiterror əməliyyatı - iki il sonra niyə?
Maraqlı hal odur ki, Fransa "antiterror əməliyyatına" bu hadisələrdən, az qala, 2 il sonra "qərar verib" və bu gün Korsikada müstəqillik hərəkatının 10 nəfər üzvünü həbs edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре