Pensiyalar bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.