Qaz pedalı ilə əyləci səhv saldı

Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib

Day.Az xəbər verir ki, "Kia" markalı avtomobilin qadın sürücüsü idarəetməni itirərək Saray MTK binasının 1-ci mərtəbəsində yerləşən "Araz" marketə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

"Sumqayıt24"ün məlumatına görə, qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.