İmtahana bu cür ağıllı eynəklə girməyin, əks halda...

"Belə ağıllı eynəklərdən bəzi abituriyentlər istifadə etmək istəyir. Amma onlara demək istəyirik ki, belə ağıllı eynəklə imtahana gəlməsinlər, çünki onlar imtahana buraxılmayacaqlar". 

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əks halda qaydaları pozanların nəticələri ləğv olunacaq: "İndidən deyirik, telefonu gizlədənlər, birini təhvil verib digərini içəri gətirənlərlə bağlı tədbir görüləcək. Biz istəyirik ki, imtahanlar ədalətli keçsin. Bunun üçün hər kəs özünü qaydalara uyğun aparmalıdır. Əks halda həmin abituriyentlərin nəticələri ləğv olunacaq".