Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm - Si Cinpin
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
"Siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını elan etdik, bununla da ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər açdıq, yeni vəzifələr müəyyənləşdirdik.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsi, Çin və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimizin inkişafına dəstək verilməsi üzrə Sizinlə birgə səylər göstərməyə hazıram", - o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре