Prezident İlham Əliyev: Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk".