Lənkəranda azyaşlını döyən müəllimlə bağlı

Lənkəranda azyaşlını döyən müəllimə işdən qovulub. 

Day.Az xəbər verir ki, bu barədə  "Kaspi kids" məktəbəqədər hazırlıq kursunun sosial şəbəkə hesabındakı açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün Lənkəranda müəllimə "Kaspi kids" məktəbəqədər hazırlıq kursunda uşağı döyüb. Hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.