Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir

Şuşa şəhərində türkdilli xalqların məktəbliləri arasında "Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir.

Day.Az-ın məlumatına görə, festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Məlumata əsasən, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edir.