Annalena Berbok BMT Baş Assambleyasının prezidenti seçildi

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının prezidenti seçilib.

Day.Az xəbər verir ki, Berbok sentyabrda vəzifəsinin icrasına başlayacaq və 1 il bu vəzifədə çalışacaq.

Onun 80-ci sessiyanın prezidenti kimi inauqurasiyası sentyabrın 9-da, BMT Baş Assambleyasının ümumi müzakirələrindən qısa müddət əvvəl baş tutacaq.