Türkiyədə güclü zəlzələ - 1 ölü, 69 yaralı
Muğlanın Marmaris bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Marmarisdən 10,43 km aralıda, Aralıq dənizində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 02:17-də (Bakı vaxtı ilə 03:17) baş verib və onun ocağı 67,91 km dərinlikdə yerləşib.
Zəlzələ İzmir, Antalya və bir çox digər vilayətlərdə də hiss olunub.
"TRT Haber"in məlumatına görə, Muğla valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşərək hündürlükdən tullanma və panik atak nəticəsində ümumilikdə 69 nəfərin yaralandığını bildirib. Vali həmçinin bir nəfərin həyatını itirdiyini açıqlayıb.
Onun sözlərinə görə, zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре