Gəncədə qohumlar arasında dava

Gəncədə qohumlar arasında mübahisə baş verib, yaralananlar var.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.

Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində yaralanıblar. 45 yaşlı Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.

Həmçinin mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.

Faktla bağlı araşdırma başlanılıb.