Maykl Ceksonun ölümündən 2 gün əvvəl çəkilən VİDEOsu
Mərhum dünya ulduzu Maykl Ceksonun ölümündən 16 il keçsə də, hələ də mediada xəbərləri dünya gündəminə düşür.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, onun ölümündən cəmi iki gün əvvəl çəkilmiş videosu böyük marağa səbəb olub.
Görüntüdə pop əfsanəsi özünəməxsus rəqs hərəkətlərini məşq edir. O yorğunluğuna baxmayaraq, hərəkətləri dəqiq və qüsursuz edir.
Pərəstişkarlar sözügedən videoya belə reaksiya veriblər:
"O, çox yorğun görünür", "Ona dincəlmək lazım idi... Yazıq Maykl", "Bu dünyada cəmi 50 il - və əbədi irs".
Onu bu videosunu görən bəzi şərhçilər gizli sui-qəsd iddiaları irəli sürüblər:
"Onu öldürdülər, 100%", "Onlar mənim oğlanımı öldürdülər, başım hərlənir".
Qeyd edək ki, Maykl Cekson 2009-cu ilin iyun ayında təsadüfi dərman dozalarının həddini aşması nəticəsində ölüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре