Bu il Həcc ziyarətinə neçə nəfər gedib? – AÇIQLAMA
Bugünədək Azərbaycandan içərisində Həcc ziyarətinə yollanan zəvvarların da olduğu 8 təyyarə yola düşüb. Hər təyyarənin içində üzvlərinin sayı müxtəlif olan qruplar yer alır.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.
O bildirib ki, mayın 31-də sonuncu partiya ziyarətə göndərilib.
"Növbəti qrup artıq olmayacaq. Zəvvarların hər hansı çətinliyi yoxdur, səhhətləri qaydasındadır. Kvota ümumi olaraq 1 250 nəfərdir, 12 nəfərlik inzibati heyət və həkim briqadası da var", - deyə V.Cahangiri qeyd edib.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре