"Yeşilçam"ın aktyorunun ayaq barmaqları amputasiya ediləcək

Mehmet Uğur reanimasiyaya yerləşdirilib.
"Yeşilçam"ın tanınmış aktyoru Mehmet Uğurun ürək və ayaq damarlarında yaranan tıxanıqlıq səbəbindən reanimasiyada müalicə aldığı bildirilir.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, onun səhhətində ciddi problemlər yaşanır və həyati təhlükəsi qalmaqdadır.
Aktyorun qızı Çiçək Uğur verdiyi açıqlamada atasının vəziyyətinin ağır olduğunu bildirib:
"Həkimlər damarları açmağa çalışır. Ayaq barmaqları kəsiləcək. Tam amputasiya olunmasından qorxuruq. Qurban bayramından sonra bypass əməliyyatı keçiriləcək. Hər kəsdən yardım gözləyirik".
Mehmet Uğur uzun illər "Malkoçoğlu", "Kara Murat" kimi filmlərdə ikinci dərəcəli rollarda çıxış edib və ötən il İhsan Gediklə birlikdə Türker İnanoğluna ithaf olunan "Vəfa Mükafatı"nı alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре